Süni intellekt həlləriölçülə bilən fayda

LLM agentləri, sənəd emalı və avtomatlaşdırma — əvvəlcə bir prosesdə ölçülə bilən nəticə, sonra genişlənmə. AI-ı özümüz hər gün istifadə etdiyimiz üçün nəyin işlədiyini bilirik.

Yanaşmamız

Süni intellekt layihələrinin çoxu “AI lazımdır” cümləsi ilə başlayıb heç nə ilə bitir, çünki texnologiyadan başlanır, problemdən yox. Biz tərsinə gedirik: əvvəlcə komandanızın ən çox vaxt itirdiyi prosesi tapırıq — müştəri sorğularına cavab, sənəd oxuma, hesabat yığma — sonra həmin prosesə ölçülə bilən hədəf qoyuruq.

İlk pillədə bir proses avtomatlaşdırılır və nəticə rəqəmlə ölçülür: cavab müddəti neçə dəfə qısaldı, neçə saat qənaət olundu. Bu yanaşma həm riski azaldır, həm də şirkət daxilində AI-a inamı qurur. Pilot uğurlu olanda genişlənmə artıq sübut edilmiş model üzərində gedir.

Bizim fərqimiz: agentic development bizim daxili iş üsulumuzdur — AI agentləri ilə hər gün özümüz işləyirik. Sizə satdığımız həlli əvvəlcə öz üzərimizdə sınamışıq: harada güclüdür, harada nəzarət lazımdır, xərc necə idarə olunur.

daxildir

01

Daxili bilik asistanları

Şirkət sənədləri, qaydalar və tarixçə üzərində RAG əsaslı asistan — işçilər sualı sənəd axtarmadan alır.

02

Müştəri xidməti agentləri

Sorğuların böyük hissəsini avtomatik cavablayan, mürəkkəbini insana ötürən agentlər. Cavab müddəti dəqiqələrdən saniyələrə.

03

Sənəd emalı

Müqavilə, faktura, ərizə — skan olunmuş sənədlərdən strukturlu məlumat çıxarılması və sistemə avtomatik yazılması.

04

İş axını avtomatlaşdırması

Təkrarlanan proseslərin (hesabat, e-poçt emalı, məlumat köçürmə) agent əsaslı avtomatlaşdırılması.

05

Model qiymətləndirmə və xərc nəzarəti

Hansı model hansı işə — keyfiyyət/xərc balansı, cavab keyfiyyətinin davamlı ölçülməsi, API xərclərinin idarəsi.

Miqyasa görə necədəyişir

Eyni xidmət, üç fərqli dərinlik. Hansı pillədən başlayacağınızı miqyas söhbətində birlikdə seçirik.

S1Pilot

Bir proses, bir komanda, ölçülə bilən hədəf. Sadə infrastruktur üzərində işlək agent — nəticə rəqəmlə sübut olunur.

S2Genişlənmə

Pilot digər şöbələrə yayılır. Cavab keyfiyyətinin monitorinqi, istifadə analitikası və xərc nəzarəti qurulur.

S3İnteqrasiya

AI şirkətin əsas sistemlərinə hopur: CRM, ERP, dəstək masası. Çoxagentli axınlar, audit izi və giriş nəzarəti.

Agentic development

Satdığımızı özümüz istifadə edirik

SOFIXAR-da kod agentlərlə yazılır, sənədlər agentlərlə emal olunur, testlər agentlərlə qurulur. Sizin layihənizə gələn təcrübə nəzəriyyə deyil — hər gün öz istehsalatımızda yoxlanan üsullardır.

1

prosesdən başlayırıq — ölçürük, sonra genişləndiririk

Təhvil verilənlər
  • İşlək agent / avtomatlaşdırma — istehsalatda
  • Bilik bazası və RAG infrastrukturu
  • Keyfiyyət ölçmə paneli (cavab dəqiqliyi, istifadə, xərc)
  • İnsan nəzarəti axını — kritik qərarlar təsdiqdən keçir
  • API xərc limitləri və xəbərdarlıqlar
  • Komanda üçün istifadə təlimi
Tez-tez soruşulur
Məlumatlarımız modelin təliminə gedirmi?
Xeyr. Biznes müqaviləli API-lərlə işləyirik — məlumatınız təlimdə istifadə olunmur. Həssas sahələrdə məlumatı anonimləşdirmə qatı əlavə edirik və istəsəniz lokal model variantını qiymətləndiririk.
AI səhv cavab versə nə olur?
Kritik qərarlar heç vaxt tam avtomat getmir — insan təsdiqi axını qururuq. Bundan əlavə cavab keyfiyyəti davamlı ölçülür: dəqiqlik düşəndə sistem xəbərdarlıq verir və biz müdaxilə edirik.
Aylıq API xərci nə qədər olacaq?
Pilot mərhələsində real istifadə ilə ölçürük və sizə proqnoz veririk. Xərc limitləri və ucuz model fallback-ları standartdır — sürpriz faktura olmur.

Növbəti addım

Məhsulunuzu birlikdəquraq

Qırx dəqiqəlik görüşdə miqyasınızı danışırıq: hansı pillədən başlamaq məntiqlidir, nə qədər vaxt və büdcə tələb edir, nəyi qəsdən sonraya saxlayırıq. Öhdəlik yoxdur.