03Haqqımızda

Podratçı deyil, texniki partnyor

SOFIXAR Technologies

SOFIXAR Technologies MMC · Bakı

Hekayəmiz

Çox agentlik hər müştəriyə eyni həcmdə mühəndislik satır. Nəticədə ideyasını yoxlamaq istəyən komanda üç aylıq infrastruktur hesabı alır və məhsula pul qalmır.

Biz əksini edirik. Əvvəlcə soruşuruq: gözlənilən trafik nədir, büdcə nə qədərdir, nə vaxta lazımdır? Cavaba görə arxitekturanın dərinliyini seçirik. Bir istifadəçi qrupunu yoxlayacaqsınızsa — Next.js, Node və tək Docker konteyneri kifayətdir. CI/CD, test mühiti və yük testi həmin gün lazım deyil.

Sürətimizin sirri agentic development-dədir: mühəndislərimiz AI agentləri ilə birlikdə işləyir. Agentlər rutin kodu yazır, insan arxitektura qərarlarını verir və hər sətri yoxlayır. Ənənəvi agentliyin aylarla apardığı işi biz həftələrə sığdırırıq — keyfiyyətdən güzəştsiz.

Amma onları unutmuruq. Kod strukturu, mühit ayrılığı və miqrasiyalar ilk gündən elə qurulur ki, uğur gələndə həmin qatlar yenidən yazmadan açılsın. Bu, bizim üçün texniki seçim deyil — iş modelidir: müştəri böyüdükcə biz onun daimi texniki partnyoru oluruq.

Dörd prinsip

01

Miqyasa uyğunluq

Layihə müştərinin real ölçüsünə görə planlanır. Kiçik komandaya korporativ arxitektura satmaq peşəkarlıq deyil, israfdır.

02

Hazır saxlamaq

İndi qurmadığımız hər qat sonradan bir sprintdə açıla bilən formatda hazırlanır. Böyümək yenidən yazmaq demək olmamalıdır.

03

Şəffaflıq

Nəyin indi qurulduğunu, nəyin qəsdən sonraya saxlandığını yazılı veririk. Pis xəbər gec yox, tez gəlir.

04

Uzun oyun

Bir layihədən qazanmağa çalışmırıq. Müştəri böyüyəndə biz də böyüyürük — ona görə maraqlarımız eyni istiqamətdədir.

İlk layihə tanışlıqdır,davamı əsl işdir

05PartnyorluqNecə işlədiyimiz

Layihəni təhvil verib yox olmuruq. Məhsulunuz böyüdükcə texniki qərarlarda yanınızda qalırıq — daxili komandanız kimi, işə götürmə yükü olmadan.

  1. Ay 0—1

    İlk layihə

    Miqyasınıza uyğun ilk işlək versiyanı qururuq və canlıya çıxarırıq. Agentic development sayəsində bu, aylar yox, həftələr çəkir.

  2. Ay 1—4

    Real məlumat

    İstifadəçi davranışına baxırıq. Nəyin işlədiyi bəlli olandan sonra növbəti addımı birlikdə seçirik.

  3. Ay 4—12

    Mərhələli böyümə

    Trafik və komanda artdıqca hazır saxladığımız qatları açırıq — CI/CD, test mühiti, monitorinq, keş.

  4. Davamlı

    Texniki partnyor

    Texniki qərarlarda daimi tərəfdaşınız oluruq: audit, arxitektura məsləhəti, komanda gücləndirmə, SLA.

0+Buraxılmış məhsul
0+Orta partnyorluq (il)
0%S1-dən S2-yə keçən
0+Ölkədə müştəri

Müştərilərimizin çoxu ikinci ildə hələ də bizimlədir.

06Texnologiya

Alətləri layihənin pilləsinə görə seçirik. S1-də sadə və ucuz olan, S3-də dayanıqlı olanı.

TypeScript/React/Next.js/Node.js/React Native/PostgreSQL/Python/Docker/AWS/Figma/Tailwind CSS/OpenAI / Claude/Agentic development

Növbəti addım

Məhsulunuzu birlikdəquraq

Qırx dəqiqəlik görüşdə miqyasınızı danışırıq: hansı pillədən başlamaq məntiqlidir, nə qədər vaxt və büdcə tələb edir, nəyi qəsdən sonraya saxlayırıq. Öhdəlik yoxdur.