İlk layihədən daimi texniki partnyora —miqyasınızagörə qururuq

Yeni başlayırsınızsa və ideyanızı əvvəlcə bazarda yoxlamaq istəyirsinizsə, sizə çoxregionlu arxitektura lazım deyil. Sadə və ucuz qururuq — sonra trafik gələndə CI/CD, test mühiti və miqyaslanma hazır gözləyir.

S1S2S3miqyas modeli
AGENTIC DEVELOPMENTVEB PLATFORMAMOBİL TƏTBİQSÜNİ İNTELLEKTMƏHSUL DİZAYNIİNFRASTRUKTURE-TİCARƏTSAASTEXNİKİ PARTNYORLUQAGENTIC DEVELOPMENTVEB PLATFORMAMOBİL TƏTBİQSÜNİ İNTELLEKTMƏHSUL DİZAYNIİNFRASTRUKTURE-TİCARƏTSAASTEXNİKİ PARTNYORLUQ

Bir komanda,tam məhsul dövrü

Ayrı-ayrı podratçılarla əlləşmək əvəzinə hər addımı bir yerdə aparırıq — və hər addımın dərinliyini ölçünüzə görə seçirik.

Hamısına bax
  • Bir səhifəlik doğrulama məhsulundan çox icmalı SaaS panelinə qədər. Arxitekturanın dərinliyini gözlənilən yükə görə seçirik — artıq mühəndislik pul yandırmaqdır.

    Next.js / Node əsaslı quruluşYükə görə seçilmiş arxitekturaBaşsız CMS və inteqrasiyalar

Bugünkü ölçünüzə görəqururuq

Yeni başlayırsınızsa və ideyanızı əvvəlcə bazarda yoxlamaq istəyirsinizsə, sizə çoxregionlu arxitektura lazım deyil — o, sadəcə büdcə yandırır. Ona görə hər layihə real gözlənilən yükə görə planlanır. Növbəti pillə isə qurulmasa da, hazır saxlanılır.

İdeyanı ən ucuz yolla bazarda yoxlayın

Yeni başlayan sahibkarlar və ideyasını əvvəlcə bazarda yoxlamaq istəyən komandalar.

Gözlənilən trafik: aşağı · Məqsəd: sınaq

İndi qurulur

  • Next.js + Node üzərində tək tətbiq
  • Tək Docker konteyneri, tək server
  • İdarə olunan PostgreSQL
  • Əsas analitika və xəta izləmə
  • Domen, SSL, canlıya çıxış

Qəsdən sonraya

  • CI/CD boru xətti
  • Ayrıca test (staging) mühiti
  • Yük testi
  • Çoxregionlu quruluş

Hazır gözləyir

  • Modul-modul kod strukturu
  • Mühit dəyişənlərinin ayrılığı
  • Verilənlər bazası miqrasiyaları
  • Dockerfile və buraxılış skriptləri

Nəticə ilə ölçülənişlər

Bütün işlərə bax (7)

Onları dinləyin,bizi yox

Yazılı sitat asandır. Ona görə uzun müddət bizimlə işləyən müştərilər öz sözlərini kameraya danışıb.

0:44
Şəlalə HəsənovaFayda Rəhbəri, shelalehesenova.com

İlk layihə tanışlıqdır,davamı əsl işdir

Layihəni təhvil verib yox olmuruq. Məhsulunuz böyüdükcə texniki qərarlarda yanınızda qalırıq — daxili komandanız kimi, işə götürmə yükü olmadan.

  1. Ay 0—1

    İlk layihə

    Miqyasınıza uyğun ilk işlək versiyanı qururuq və canlıya çıxarırıq. Agentic development sayəsində bu, aylar yox, həftələr çəkir.

  2. Ay 1—4

    Real məlumat

    İstifadəçi davranışına baxırıq. Nəyin işlədiyi bəlli olandan sonra növbəti addımı birlikdə seçirik.

  3. Ay 4—12

    Mərhələli böyümə

    Trafik və komanda artdıqca hazır saxladığımız qatları açırıq — CI/CD, test mühiti, monitorinq, keş.

  4. Davamlı

    Texniki partnyor

    Texniki qərarlarda daimi tərəfdaşınız oluruq: audit, arxitektura məsləhəti, komanda gücləndirmə, SLA.

Texnologiya

Alətləri layihənin pilləsinə görə seçirik. S1-də sadə və ucuz olan, S3-də dayanıqlı olanı.

TypeScript/React/Next.js/Node.js/React Native/PostgreSQL/Python/Docker/AWS/Figma/Tailwind CSS/OpenAI / Claude/Agentic development

Sual - cavab

Kiçik başlasaq, sonra hər şeyi yenidən yazmalı olacağıq?
Xeyr — məhz buna görə ilk gündən modul strukturu, mühit ayrılığı, verilənlər bazası miqrasiyaları və Docker konfiqurasiyası qurulur. Bunlar görünmür və büdcəni artırmır, amma S2-yə keçidi yenidən yazma deyil, açma əməliyyatına çevirir.
Niyə ilk layihədə CI/CD və test mühiti qurmursunuz?
Çünki həftədə bir dəfə buraxılış edən tək nəfərlik komanda üçün CI/CD xərcdir, fayda deyil. Boru xətti komanda böyüyəndə və buraxılış tezliyi artanda özünü ödəyir. O ana qədər həmin büdcə məhsulun özünə gedir.
Vaxtlar niyə bu qədər qısadır?
Çünki agentic development ilə işləyirik: mühəndislərimiz AI agentləri ilə birlikdə kod yazır, agentlər rutin işi aparır, insan isə arxitektura qərarlarını verir və hər sətri yoxlayır. Bu, keyfiyyəti aşağı salmadan sürəti dəfələrlə artırır — ənənəvi agentliyin 3 aya etdiyini biz adətən 3-4 həftəyə təhvil veririk.
Miqyası artırmaq nə qədər vaxt aparır?
S1-dən S2-yə keçid adətən 1–2 həftədir: CI/CD, staging mühiti, avtomatik testlər, monitorinq və keş qatı. Kod ilk gündən buna hazır qurulduğu üçün əsas iş konfiqurasiya və yoxlamadır — yenidən yazma yoxdur.
Layihəni bitirəndən sonra əlaqə kəsilir?
Bizim modelimiz bunun əksidir. İlk layihə tanışlıqdır — sonrasında məhsul böyüdükcə texniki partnyorunuz olaraq qalırıq: aylıq sprintlər, arxitektura məsləhəti və SLA ilə dəstək.
Qiymətləndirmə necə aparılır?
İki model var: sabit büdcəli ilk layihə (S1) və aylıq komanda abunəliyi (S2/S3). Doğrulama mərhələsində sabit büdcə, davamlı inkişafda abunə daha sərfəlidir.
Kod və hesablar kimə məxsusdur?
Bütün mənbə kodu, dizayn faylları və infrastruktur hesabları sizindir — ilk gündən sizin adınıza qurulur. İstənilən vaxt başqa komandaya təhvil verə bilərsiniz.
0+Buraxılmış məhsul
0+Orta partnyorluq (il)
0%S1-dən S2-yə keçən
0+Ölkədə müştəri

Müştərilərimizin çoxu ikinci ildə hələ də bizimlədir.

Növbəti addım

Məhsulunuzu birlikdəquraq

Qırx dəqiqəlik görüşdə miqyasınızı danışırıq: hansı pillədən başlamaq məntiqlidir, nə qədər vaxt və büdcə tələb edir, nəyi qəsdən sonraya saxlayırıq. Öhdəlik yoxdur.