04Əlaqə

Layihənizdən danışaq

E-poçt

info@sofixar.org

Telefon

+994 99 767 20 25

Ofis

Bakı, Azərbaycan

İş saatları

B.e — Cümə · 09:00–18:00

Əvvəlcə miqyas,
sonra qiymət

İlk görüşdə gözlənilən trafiki, büdcəni və tarixi danışırıq. Bu söhbət layihənin hansı pillədən başlayacağını müəyyən edir — və beləliklə qiyməti də.

Hazır texniki sənədiniz yoxdursa problem deyil, birlikdə çıxarırıq.

Nə ilə maraqlanırsınız?
Layihə hansı mərhələdədir?

Dəqiq bilmirsinizsə boş buraxın — miqyası birlikdə müəyyən edərik.

Təxmini büdcə

Məlumatlarınız yalnız müraciətinizə cavab vermək üçün istifadə olunur.

07Sual-cavab
01
Kiçik başlasaq, sonra hər şeyi yenidən yazmalı olacağıq?
Xeyr — məhz buna görə ilk gündən modul strukturu, mühit ayrılığı, verilənlər bazası miqrasiyaları və Docker konfiqurasiyası qurulur. Bunlar görünmür və büdcəni artırmır, amma S2-yə keçidi yenidən yazma deyil, açma əməliyyatına çevirir.
02
Niyə ilk layihədə CI/CD və test mühiti qurmursunuz?
Çünki həftədə bir dəfə buraxılış edən tək nəfərlik komanda üçün CI/CD xərcdir, fayda deyil. Boru xətti komanda böyüyəndə və buraxılış tezliyi artanda özünü ödəyir. O ana qədər həmin büdcə məhsulun özünə gedir.
03
Vaxtlar niyə bu qədər qısadır?
Çünki agentic development ilə işləyirik: mühəndislərimiz AI agentləri ilə birlikdə kod yazır, agentlər rutin işi aparır, insan isə arxitektura qərarlarını verir və hər sətri yoxlayır. Bu, keyfiyyəti aşağı salmadan sürəti dəfələrlə artırır — ənənəvi agentliyin 3 aya etdiyini biz adətən 3-4 həftəyə təhvil veririk.
04
Miqyası artırmaq nə qədər vaxt aparır?
S1-dən S2-yə keçid adətən 1–2 həftədir: CI/CD, staging mühiti, avtomatik testlər, monitorinq və keş qatı. Kod ilk gündən buna hazır qurulduğu üçün əsas iş konfiqurasiya və yoxlamadır — yenidən yazma yoxdur.
05
Layihəni bitirəndən sonra əlaqə kəsilir?
Bizim modelimiz bunun əksidir. İlk layihə tanışlıqdır — sonrasında məhsul böyüdükcə texniki partnyorunuz olaraq qalırıq: aylıq sprintlər, arxitektura məsləhəti və SLA ilə dəstək.
06
Qiymətləndirmə necə aparılır?
İki model var: sabit büdcəli ilk layihə (S1) və aylıq komanda abunəliyi (S2/S3). Doğrulama mərhələsində sabit büdcə, davamlı inkişafda abunə daha sərfəlidir.
07
Kod və hesablar kimə məxsusdur?
Bütün mənbə kodu, dizayn faylları və infrastruktur hesabları sizindir — ilk gündən sizin adınıza qurulur. İstənilən vaxt başqa komandaya təhvil verə bilərsiniz.