§1Hüquqi sənəd

Geri qaytarılma şərtləri

Xidmət müqavilələri üzrə ödənişlərin ləğvi və geri qaytarılması qaydaları. Bu şərtlər pay.sofixar.org üzərindən edilən bütün ödənişlərə şamil olunur.

Qüvvəyə minmə: 12.08.2026
01
Ümumi müddəalar

Bu şərtlər SOFIXAR Technologies MMC (bundan sonra "SOFIXAR") ilə bağlanmış xidmət müqavilələri üzrə pay.sofixar.org ödəniş portalı vasitəsilə edilən ödənişlərə şamil olunur.

Ödənişi tamamlamaqla müştəri bu şərtlərlə tanış olduğunu və onları qəbul etdiyini təsdiqləyir.

02
Xidmətin təbiəti

SOFIXAR proqram təminatı hazırlanması, dizayn və texniki dəstək xidmətləri göstərir. Ödənişlər fiziki mala görə deyil, müqavilədə razılaşdırılmış xidmət mərhələlərinə görə edilir.

Hər müqavilənin əhatəsi, mərhələləri və məbləği tərəflər arasında imzalanmış müqavilədə göstərilir.

03
Geri qaytarılma halları

İş başlamayıbsa: müqavilə üzrə işlərə (kəşf mərhələsi və ya ilk sprint) başlanmayıbsa, müştəri ödənişin tam geri qaytarılmasını tələb edə bilər.

İş davam edirsə: görülmüş işin dəyəri (təqdim olunan mərhələ hesabatı əsasında) çıxılmaqla qalıq məbləğ geri qaytarılır.

Təhvil verilmiş mərhələlər: müştəri tərəfindən qəbul edilmiş və təhvil verilmiş iş mərhələlərinə görə edilən ödənişlər geri qaytarılmır.

Texniki səhv: ikiqat ödəniş və ya səhv məbləğ kimi texniki xətalar nəticəsində artıq ödənilmiş vəsait tam həcmdə geri qaytarılır.

04
Müraciət qaydası

Geri qaytarılma üçün info@sofixar.org ünvanına müraciət edin. Müraciətdə müqavilə nömrəsi, ödəniş istinad nömrəsi (SFX-... formatında) və səbəb göstərilməlidir.

Müraciətlərə 5 iş günü ərzində baxılır və nəticə barədə yazılı cavab verilir.

05
Qaytarılma üsulu və müddəti

Vəsait yalnız ödənişin edildiyi bank kartına qaytarılır. Nağd və ya üçüncü şəxsin kartına qaytarılma mümkün deyil.

Qaytarılmanın kartda əks olunması kartı vermiş bankdan asılı olaraq 3–14 iş günü çəkə bilər.

06
Taksitli ödənişlər

Taksit kartı vermiş bankın məhsuludur (BirBank, TamKart və s.). Taksitli ödənişin geri qaytarılması eyni qaydada həmin karta edilir; bankın taksit üzrə daxili hesablaşmaları bankla müştəri arasındakı münasibətlərə aiddir.

07
Mübahisələrin həlli

Bu şərtlərdən irəli gələn mübahisələr ilk növbədə danışıqlar yolu ilə, razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.